İDMAN 2020.09.16 06:30

“Dinamo”, PAOK və “Gent” ÇL-nin pley-offunda

23

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Axar.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub. Keçirilən qarşılaşmaların nəticəsində “Dinamo Kiyev”, PAOK və “Gent” pley-offa yüksəlib.

“Dinamo” (Kiyev, Ukrayna) – AZ (Niderland) – 2:0

PAOK (Yunanıstan) – “Benfika” (Portuqaliya) – 2:1

“Gent” (Belçika) – “Rapid” (Vyana, Avstriya) – 2:1

Qeyd edək ki, III təsnifat mərhələsinə bu gün 5 oyunla yekun vurulacaq. Azərbaycan çempionu “Qarabağ” Kiprin Larnaka şəhərindəki “AEK Arena”da Norveç təmsilçisi “Molde” ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı