ELM VƏ TƏHSİL

Doktoranturaya qəbul və doktorluq imtahanları zamanı yeni tələblər müəyyən edilib

505
AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları zamanı yeni tələblər müəyyən edilib

AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli qərarı ilə akademiyada doktoranturaya qəbul və doktorluq imtahanları zamanı xarici dil biliklərinin müasir səviyyədə qiymətləndirilməsi üçün yeni tələblər müəyyən edilib.

AMEA Rəyasət Heyətinin qərarına əsasən doktoranturaya qəbul zamanı iddiaçı ingilis dilindən TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6.5 bal toplaması barədə sertifikat, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 baltoplaması barədə sertifikat təqdim etməlidir. Digər xarici dillərdən imtahan verənlər üçün müəyyən edilmiş qaydalar tətbiq ediləcək.

Bu qərar hazırda AMEA-da təhsil alan bütün doktorant və dissertantlara şamil edilir.

AMEA hər bir doktorant üçün 1 dəfə qəbul imtahanının, 1 dəfə doktorluq imtahanının ödənişini öz öhdəsinə götürüb həyata keçirəcək.

Əlavə məlumatı AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsindən əldə etmək olar.

www.science.gov.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı