Dolların işarəsinin mənasi nədir?

1 Aprel 1778-ci ildə amerikalı biznesmen Oliver Pollok dollar işarəsini düşünüb tapıb. Bir çox mülahizələrə əsasən, həmin tarixdə Nyu-Orleandan (Luiziana Ştatı, ABŞ-red.) olan bir plantasiya sahibi ilk dəfə öz mühasibat kitabında bu işarədən istifadə edib. Amma bu mülahizə hələ ki, konkret olaraq öz təsdiqini tapmayıb.

Oliver Pollok Amerikaya İrlandiyadan emiqrasiya edərək, öncə ingilis koloniyası olan Pensilvaniyada yaşayıb. Sonra isə Nyu-Orleana köçür. Şimali Amerikanın müstəqilliyi uğrunda gedən müharibə zamanı (1775-1783-ci illər) o, ispanlardan silah alaraq Amerika patriotlarına sataraq ticarət edirmiş. Həmin vaxtda ABŞ-da ödəniş vasitəsi kimi ispan “peso”sundan daha çox istifadə olunurdu. Bu valyutanı sənədlərdə PS hərf birləşməsi ilə qeyd edirdilər. Oliver Pollok bu hərf birləşməsini bir işarə formasında yazaraq, əvvəlcə P, sonra is S hərfini onun üzərində yazarmış. Daha sonralar isə S yazıb, üzərinə iki qoşa xətt çəkmişdi (müasir $ — dollar işarəsi kimi). Öz mühasibat hesabatlarını Pollok konqresmen Robert Morrisə təqdim etdikdən sonra bütün sənədlərdə rəsmi olaraq dollar işarəsi bu cür göstərilməyə başlandı. Bir neçə ildən sonra, yəni 1786-ci ildən isə dollar ABŞ-ın milli valyutasına çevrildi.

Qeyd olunduğu kimi, dollar işarəsinin başqa yaranma nəzəriyyələri də var. Bunlardan biri də belədir — S hərfinin üzərindən U hərfi yazılardı, yəni – USA abbreviaturasının ilk hərfi. Bu, ABŞ dollarının başqa ölkələrin dollarından seçilməsi üçün edilmişdi. Sonralar U hərfi iki vertikal xəttlə əvəz olunmağa başladı. İndiki dövrümüzdə isə bu işarə artıq bir xəttlə də istifadə olunur.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here