BAXIŞ BUCAĞI

Don’t think right or wrong, just Do it!

856

Həyatda insana lazım ola biləcək tək şey motivasiyadır! Təməl sadəcə budur-motivasiya. Özünü və digərlərini motivasiya etmək bacarığı, xoşbəxt və uğurlu həyatın əsas mənbəyidir. Ağlınıza gələ biləcək ən böyük uğurlar belə, bir zaman atılan kiçik bir addımdan başlayıb. Odur ki,həyatda heç zaman başqalarına baxıb “kaş məndə bacarardım,kaş mən də onun yerində olardım ” deməyin! Başqa insanlardan sadəcə dəqiq və net olaraq nəyi etmək istədiyinizi dəqiqləşdirin ! Məqsəd qoyun! Hər insanın müəyyən bir potensialı vardır. Hər kəs Pinokyo kimi taxtadan insana dönmək şansına sahib deyil,bəziləri elə odun olaraq qalır. Amma odun belə çox işə yarayır.
Bele bir aforizmlə davam edək : «Min mil ölçüsündə olan yol sadəcə bir addımla başlayır.» – Lao Szı..
L.N.Tolstoyun maraqlı bir fikri var : Xəyalda elə tərəf var ki, o, gerçəklikdən yaxşıdır; gerçəklikdə elə tərəf var ki, xəyaldan yaxşıdır. Tam xoşbəxtlik bunların ikisinin bir araya gətirilməsidir. Bunu bacardığın an həyat deyilən tapmacanın ola biləcək ən doğru cavabını tapmış olursan ! Elmi tərəfinə nəzər salaq görək dilimizdən düşməyən bu Motivasiya nədir ?
Motiv (latınca movere- hərəkətə gətirmək, itələmək dəməkdir) dedikdə tələbatların təmin olunması ilə əlaqədar olaraq insanı fəaliyyətə təhrik edən amillər nəzərdə tutulur. Motiv insanı fəaliyyətə təhrik edir və onun fəaliyyətinin istiqamətinimüəyyənləşdirir. «Motivasiya» anlayışı da «motiv» anlayışı kimi fərqli şərhlərə məruz qalır. Motivasiya:
1) davranışı saxlayan və istiqamətləndirən yəni onu müəyyən edən faktorların cəmidir;
2) motivlərin cəmidir;
3) orqanizmi aktivliyə çağıran və onun istiqamətini müəyyən edən təhrikdir;
4) konkret fəaliyyətin psixi tənzim prosesidir.
V.Q.Leontyev motivasiyanın iki tipini ayırırdı:
*ilkin motivasiya- tələbat, meyl, instinkt formasında,
*ikinci motivasiya isə motiv formasında təzahür edir. Əksər hallarda psixoloqlar motivasiya dəyəndə davranışın determinasiyasını nəzərdə tuturlar və bu səbəbdən xarici və daxili motivasiyadan danışırlar.
Primitiv bir misal çəkək: səhər yuxudan durdunuz və işə getməlisiniz. Ardıcıllıqla etdiklərinizi göz önünə gətirin. Əsas olan doğru ardıcıllığı qurmağınızdır. Gözlərinizi bağlayıb, məşğul olmaq istədiyiniz işlərlə və ya hal-hazırda məşğul olduğunuzu təsəvvür edin. Bu sizə yolunuz öncəsində harda olduğunuzla, indiki vəziyyətinizi müqayisə etməyə şərait yaradacaq.
Hər bir insan həyatda məqsədinə çatmaq üçün mübarizə aparır. Həyatda hər kəs eyni yeri tuta bilməz. Fərz edin ki, sizin bir velosipediniz var. Ucuz və sadə . Dostunuzun isə göstərişli və bahalı. Siz buna görə ruhdan düşməyin. Həyatı bir velosiped fərz edin və pedallar ayaqlarınızın altındadır. Siz çevirdiyiniz qədər həyat davam edəcək. İstər bahalı olsun ,istərsə də ucuz pedalı çevirməyi buraxdığınız anda düşəcəksiniz! Həyat budur! Yaşamaq istədiyin müddətcə yaşayarsan. Mübarizə et! Dayanma! Hər kəsi dinlə, amma öz bildiyinə inanırsansa,gözləmə onu et ! Səhvlərin,doğruların, sənin olan hər şey əvəzolunmazdır !
Məsələn mən kompleksli biriyəm . Ama siz kompleks etməyin! Gülümsəyin! Nə olsun ki, hollywood gülümsəməmiz yoxdur ? İnsanlar haqqında hər nə qədər görünüşə üstünlük vermirik desək belə, əksi olduğunu hər birimiz bilirik. „İnsanı görünüşünə görə qarşılayıb ,ağlına görə yola salarlar „ .
Ele bir zamanda yaşayırıq ki ,elinizdəki telefon sizin necə biri ola biləcəyiniz haqqında ilkin fikir formalaşdırmağa bəs edir. Fikir versəniz görərsiz ki ,altında Ferrarisi,əlində kola şüşəsi,saçlarında bir kilo jele varsa, həmin şəxs avtomatik 1:0 irəlidədir. Bu bütün sektorlarda belədir. Çünki, insanlar proqramlaşdırılıb. Bu mövzu üzərinə istəmədiyiniz qədər misallar çəkmək olar. Bir maraqlı misal:
Bir gün ABŞ-da avtobusa ağ dərili və qara dərili sərnişinlər minir. Ağ dərililər qabaq yerlərdə əyləşir, qara dərililər isə arxa sıralarda. Birdən salonda səs-küy düşür. Sərnişinlər dava edir. Şofer avtobusu saxlayır və sərnişinləri yerə boşaldıb deyir :
-bu ne söz söhbəti yox mən ağam,yox mən qarayam ay nebilim nə? Bu dəyqədən etibarən hamınız yaşılsız vessalam! Yenidən hamını yığır maşına və yola davam edir. Biraz yol qəth etdikdən sora yene eyni sögbət gedir. Şofer görür ki yox ey, öhtələrindən gələ bilməyəcək arxaya çevrilir və deyir :
-yaxşı sakit olun! Açıq yaşıllar qabaqa keçsin ,tünd yaşıllar arxaya))..

Nə demək istədiyimi yəqin ki, anladınız. Dünyanın bu cür çürük irqçilik üzərində qurulduğunu bilə-bilə bu oyunun bir parçasıda siz olmayın ! Ona görə də boş şeylərə önəm verməyin. Saat,sadəcə saatı göstərə bilə; brend geyimlər, dəbdəbəli həyat nə qədər xoş olsa da, heç nə demək deyildir. Həqiqətən xoşbəxt olmaq istəyirsinizsə bu kimi şeylərdən motive olmayın !
Özünüzə inanaraq irəliyə addımlayın! Həyatda səhv etmək olar, amma ona ilişib qalmayın. Nəticə çıxarın və davam edin. Zaman sizi gözləmir..
Charles S.Ketterip bele bir sözü var : ” Məni gələcək maraqlandırır!Çünki, ömrümün qalan günlərini orada yaşayacağam.”

Unutmayın, heç kimə sizi ruhlandırma cesareti vermeyin . Zamanla onlardan asılı hala düşəcəksiniz! Gün gələcək özünüzdən başqa çox insanlardan imtina etməli olacaqsınız. Hər şey sizin öz əlinizdədir. Ahmet Şerif İzgörən motivasiya ilə bağlı maraqli seminarları var. Bir hissəni sizinlə paylaşıram və bununla da mövzunu yekunlaşdırıram. Ümid edirəm zaman itkisi hesab etmədiniz . Həyat məhz sənə gözəldir ,dostum !
*Bir genç kız bilge adamı şaşırtmak istiyor. İki elinin arasına bir kelebek koyacak ve bilge adama “avucumun içinde bir kelebek var, canlı mı ölümü?”- diye soracak. Ölü derse kelebeği salıverecek, canlı derse avucunu bastırıp kelebeği öldürecek. Bilge adam her ne derse tersini ispat etmiş olacak. Kız kapalı tuttuğu ellerini bilgeye doğru uzatıyor:
“Avucumun içinde bir kelebek var. sence canlı mı yoksa ölümü?”Bilge adam cevap vermeden önce uzun uzun kızın gözlerinin içine bakıyor ve cevap veriyor:
“Canlı da olması, ölü de olması senin ellerinde kızım, senin ellerinde”… !

Könül Cəfərli

[email protected]

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı