DÜNYA 2020.11.22 12:10

“Dörd ştatda yüz minlərlə saxta səs aşkarlanıb” – Tramp

38

ABŞ Prezidenti Donald Tramp səsvermənin nəticələrini dəyişdirəcək seçki saxtakarlığı ilə bağlı dəlillərə malik olduğunu deyib. Azvision.az xəbər verir ki, o, bu barədə “Twitter” hesabında yazıb.

“Tərəfdaşlarım yüz minlərlə saxta səs tapdıqları zaman Co Bayden niyə bu qədər sürətlə hökumət yaradır?”.

Trampın sözlərinə görə, saxtakarlıqla bağlı mövcud məlumatlar dörd ştatda səsvermə nəticələrini dəyişdirmək və seçkilərdə ümumi qələbə qazanmaq üçün kifayətdir.

Eyni zamanda, Tramp məhkəmələr və qanunverici orqanların seçkilərin və ümumilikdə ABŞ-ın özünün dürüstlüyünü qorumaq üçün lazım olanı cəsarəti göstərəcəyini inandığını söyləyib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Ölkə mediası Co Baydenin qələbə qazandığını yazır. Artıq bir neçə dünya lideri onu qələbə münasibətilə təbrik edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı