Dövlət Gömrük Komitəsində növbəti test imtahanları keçirilib

Dövlət Gömrük Komitəsi (DGK) mövcud ənənəni davam etdirərək, sentyabrın 16-da müxtəlif vaxtlarda respublikamızın ali məktəblərini bitirən məzunlar üçün test imtahanları keçirib. İmtahanlarda 244 nəfər iştirak edib.

DGK-nın mətbuat xidmətindən bildirilib ki, Attestasiya Komissiyasının üzvləri imtahan iştirakçılarını test üsulunun qaydaları haqda məlumat verib, gənc mütəxəssislərə uğurlar arzulayıb.

Tam şəffaflıq şəraitində aparılan imtahanlarda müraciət etmiş şəxslər öz biliklərini sınayıblar.

Gömrük orqanlarında kadr potensialını gücləndirmək, seçilən kadrların peşəkarlığını artırmaq Dövlət Gömrük Komitəsi tərəfindən daim diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Artıq müstəqil respublikamızın gömrük orqanlarına xidmətə qəbul xeyli vaxtdır ki, test üsulu ilə aparılır.

Bu illər ərzində gömrük orqanlarına işə qəbul olunmaq istəyən şəxslərin müraciətlərinə müvafiq qaydada baxılaraq DGK-da test imtahanları keçirilib, xarici dövlətlərin, eləcə də Azərbaycanın müxtəlif ali məktəblərini bitirən gənc mütəxəssislər işlə təmin edilib.

Xatırladaq ki, DGK nəzdində Attestasiya Komissiyası üzvlərinin iştirakı ilə aparılan test imtahanlarında daha çox bal toplayan gənclər növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here