RƏSMİ 2019.09.17 09:54

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə

71

Dövlət İmtahan Mərkəzi (DİM) bu il avqustun 2-də elan etdiyi müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafikini müəyyən edib.

Mərkəzdən verilən məlumata görə, müsahibələrin 23 sentyabr və 26 dekabrda keçirilməsi nəzərdə tutulur.

Elan üzrə 42 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 354 (A növündə 50 vakant vəzifə üzrə 51 yer, B növündə 304 vakant vəzifə üzrə 457 yer) vakant vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 1043 namizədlə 1611 müsahibənin keçirilməsi planlaşdırılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı