CƏMİYYƏT 2020.05.23 13:20

Dünən həbsdən çıxan Kamil Mübariz haqqında nələr danışdı – Görüntülər

451

Xəbər verdiyimiz kimi, mayın 12-də karantin qaydalarını pozduğu üçün həbs edilən idmançı Kamil Zeynallı dünən azadlığa çıxıb. Həbsdən çıxdıqdan sonra Kamil ilk olaraq anası və qızına baş çəkib.
Və ilk müsahibəsini verən idmançı Kamil Zeynallı bunları qeyd edib:

“Anam həmişə deyirdiki “Bala karantini pozma, evdən çıxanda icazə al! Mən də anamdan icazəsiz çıxdım, dövlətdən icazəsiz çıxdım. Axırda türklər deməli, yakaladılar məni. Şükür bu günümüzə, hər şey yaxşıdır.”

Daha sonra “ən çox nə üçün darıxırdın?” sualına Zeynallı belə cavab verib:

“Nə üçün olacaq? Adam doğmaları üçün darıxar da qardaş. Doğmalarım üçün darıxdım, dostlarım üçün darıxdım. Məni istəyən hamı mənim üçün doğmadı. Bilirəm ki milyonlarla insan məndən narahat idi. Anam deyirki, Kamil mən sevinirəm ki, səni bu qədər istiyənlər, sevənlər var.”

Qeyd edək ki, Kamil Zeynallı arzusunu da dilə gətirərək bildirib ki, “mən bir şeyi də arzuluyuram ki, Allah Mübariz Mənsimovun da qapısını açsın. Mən anama qovuşan kimi o da anası, atasına qovuşsun!”

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı