İQTİSADİYYAT 2020.10.14 12:00

Dünya Bankı: Azərbaycan iqtisadiyyatı 2021-ci ildə 2 faizə yaxın artacaq

61

2020-ci ildə Azərbaycan iqtisadiyyatı COVID-19 pandemiyası və neftin qiymətlərinin ucuzlaşması fonunda 4,2 faiz azalacaq.

Trend-in məlumatına görə, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə yenilənmiş hesabatında deyilir.

Hesabata əsasən, bu göstərici 2020-ci ilin iyununda proqnozlaşdırılan göstəricidən 1,6 faiz bəndi çoxdur. Dünya Bankı növbəti iki il ərzində iqtisadiyyatın artımını gözləyir.

Proqnoza əsasən, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 1,9 faiz artacaq.

Ən pis halda artımın 1,1 faiz həcmində olması gözlənilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı