DÜNYA 2020.09.17 15:10

Dünya iqtisadiyyatı pandemiyaya görə 7 trilyon dollar itirəcək

24

Koronavirus infeksiyasının yayılması səbəbindən 2021-ci ilin sonuna qədər dünya iqtisadiyyatına dəyən ümumi zərər 7 trilyon dollara çatacaq.
Azvision.az xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının iqtisadçısı Lorans Bun bildirib.

“Biz 2021-ci il üçün proqnozumuzu dəyişməmişik. Dünya iqtisadiyyatı proqnozlaşdırılandan daha sürətlə bərpa olunmayacaq. Biz hələ uzun müddət virusla yaşamalı olacağıq. 2021-ci ilin sonunadək dünyanın ümumdaxili məhsulu 7 trilyon dollar itirəcək. Bu, çox ciddi şokdur”, – deyə Lorans Bun qeyd edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı