DÜNYA 2020.07.14 00:15

Dünya Səhiyyə Təşkilatı: “Bir çox ölkə səhv yoldadır”

105

Dünya Səhiyyə Təşkilatı koronavirusa görə çox ittiham olunur. Amma beynəlxalq qurum da məsuliyyəti üzərindən atmağa çalışır. Səhiyyə təşkilatı ayrı-ayrı ölkələri doğru tədbirlər görməməkdə ittiham edir.

Dünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus vəziyyətin daha da pis olacağı ilə bağlı ehtimalını səsləndirib. Onun fikrincə, dünyanın müəyyən hissəsində mübarizə düz aparılmır:

Tedros Adhanom Qebreysus                                                     Tedros Adhanom Qebreysus

“Bir çox ölkə səhv yoldadır. Vuris xalqın bir nömrəli düşməni olduğu halda yanlış addımlar atırlar. Təməl tədbirlər olmasa, virus yalnız artan xətt üzrə gedəcək”.

Qebreyesusun əsas tənqid hədəfi karantin rejimi tətbiq etməyən və ya yumşalma tədbirlərinə gedən ölkələrdir. Dünya Səhiyyə Təşkilatı belə tezliklə arxayınlaşmamağı tövsiyə edir.

İndiyə qədər dünyada 13.1 milyondan çox insanda infeksiya aşkarlanıb. Ölənlərin sayı 600 minə yaxınlaşır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı