ƏSAS SƏHİFƏ

Dünya şöhrətli müğənni Rəşid Behbudovun 100 illik yubileyi qeyd ediləcək

775

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18- görkəmli müğənni və tanınmış ictimai xadim, xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamda 2015-ci ilin dekabrında Azərbaycanın çoxəsrlik mədəniyyəti tarixində bənzərsiz yeri olan Rəşid Behbudovun anadan olmasının 100 illiyinin tamam olması diqqətə çatdırılıb.

Bildirilir ki, özünəməxsus ifaçılıq tərzinə və həzin lirizm çalarlı ecazkar səsə malik sənətkar təkrarolunmaz yaradıcılığı boyunca sənət aləminə gətirdiyi yeniliklərlə milli musiqi salnaməsini xeyli zənginləşdirib. Vətənə və xalqa son dərəcə bağlı olan sənətkar dünyanın ən məşhur teatr səhnələri və konsert salonlarındakı rəngarəng repertuarlı saysız çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb.

Sərəncamda milli ədəbiyyatımızın inkişafı və təbliğində mühüm xidmətləri olan Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə sənətkarın yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı