DÜNYA 2021.02.27 08:28

Dünyada koronavirusdan ölənlərin sayı 2,5 milyon nəfəri ötüb – ÜST

66

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 427 mindən çox artıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 427 644 nəfər yeni koronavirusa yoluxub, 10 093 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 112 649 371, ölənlərin isə 2 501 229 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı