Dünyanın ən cəld smartfonu müəyyən edildi

Mobil cihazların keyfiyyətinin ölçülməsi üçün nəzərdə tutulan “AnTuTu” proqram bençmarkının tərtibatçıları dünyada ən güclü smartfonların yeni reytinqini ictimaiyyətlə bölüşüb.

Ən yaxşıların siyahısına Çinin “OnePlus 5” flaqmanı, yeni HTC U11 smartfonu, iyunda istifadəyə verilmiş “ZTE Nubia Z17”, həmçinin “Samsung – Galaxy S8+” və “Galaxy S8” flaqmanları daxil edilib.

Gücünə görə 190 yaxşı smartfonların siyahısına “Apple”in eks-flaqmanı “iPhone 7 Plus” da daxil edilib.

İstisna deyil ki, oktyabrın əvvəlində dərc olunacaq növbəti reytinqin lideri sentyabrın 12-də təqdim edilən “iPhone”lardan biri olacaq. Təxmini olaraq “Apple”in yeni flaqmanlarından biri olacaq cihaz təqdimata az müddət qalmış “AnTuTu”nun reytinqində görünüb. Smartfon 201 min xal toplayıb ki, bu da indiki reytinqdə olan smartfonlardan çox-çox yuxarıdır.

İKT.lent.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here