İDMAN 2020.05.03 05:56

Dünyanın ən məşhur 10 uğursuz baş məşqçisindən biri Azərbaycanda

41

Baş məşqçi kimi uğur qazana bilməyən dünyanın ən məşhur 10 veteran futbolçusunun adı açıqlanıb.

Syahıda vaxtilə “Qəbələ”yə başçılıq etmiş İngiltərə futbolunun canlı əfsanələrindən Toni Adams da var.

2010/2011-ci illərdə “qırmızı-qaralar”ın sükanı arxasında olmuş 54 yaşlı mütəxəssis ən uğursuz baş məşqçilərin sıralamasında 3-cü pillədə göstərilib.

İlk sırada 1980-ci illərin məşhur ingilis futbolçusu Con Barns qərarlaşıb. İkinci pillədə isə “Manchester United”in əfsanəvi kapitanı Qari Nevill yer alıb.

Bu “3-lük”lə yanaşı, siyahıda dünya futbolunun ən parlaq nümayəndələrindən argentinalı Dieqo Maradona, ingiltərəli Bobbi Çarlton, Pol Qaskoyn və Alan Şirer, italiyalı Canfranko Zola və Çiro Ferrara, fransalı Tyerri Anri kimi mütəxəssislərin də adları var.

sportinfo

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı