- Dünyanın ən varlı həkimləri siyahısına
Patrik Sun Şinq (Patrick Soon-Shiong) başçılıq
edir. ABŞ vətəndaşı olan bu həkimin var –
dövləti 15 milyard dollar dəyərləndirilir. 63
yaşlı Patrik xərçənglə mübarizədə böyük
xeyriyyəçi rolu oynayıb və gəlirinin çox
hissəsini xeyriyyəçiliyə xərcləyir. - İkinci yerdə həkim – cərrah Tomas Frist
(Thomas Frist). O, gəlirlərinin böyük hissəsini
poliklinikaların alış-satışı nəticəsində qazanıb.
Tomasın əmlakı 7 milyard dollardır. O da
gəlirlərinin böyük hissəsini xeyriyyəçilik
fəaliyyətinə sərf edir. - Filip Frost (Phillip Frost) 3,8 milyard
dollarlıq var-dövləti ilə siyahıda üçüncü ən
varlı həkimdir. Bu həkim tibb sahəsində
fəaliyyətilə seçilmir. O, pullarını əczaçılıq
şirkətləri yaratmaq və satmaqla 7,8 milyard
qazanmışdı. Müəyyən səbəblərdən var-dövləti
4 milyard azalıb. - Dördüncü yerdə çinli Vu Yilinq ( Wu Yiling)
qərarlaşıb. Bu həkim milyarderlər siyahısına
düşənə qədər 11 il çalışıb. O, 1992-ci ildə
özünün xalq təbabəti dərmanlarını satan
şirkətini yaradıb. Bu şirkəti satdıqdan sonra
1,7 milyard dollar qazanıb. - Qeri Mişelson (Gary Michelson) beşinci
yerdədir. Onun ümumi varidatı 1, 55 milyard
dollarlıq əmlaka sahibdir. Bu həkim ortopedik
cihazlar, dərman və metodlar üzrə 250
patentin sahibidir. O, özünün patentlərini bir
hissəsini Medtronic şirkətinə satmaqla
varlanıb.
