ƏSAS SƏHİFƏ

Dünyanın ən yaxşı universitetləri onu istəyir

631

Dünyanın ən yaxşı universitetləri 17 yaşlı nigeriya əsilli Harold Ekeh adlı gənc araşdırmaçını tələbələri kimi görmək istəyir.

Hazırda Nyu Yorkda yaşayan gəncə Kolumbia, Kornell, Dartmut, Harvard, Prinston, Pensilvaniya, Yel və daha beş universitet eyni zamanda tədris imkanı təqdim etməyə hazırdır.

Bununla belə, H.Ekeh seçim etməkdə çətinlik çəkir. Lakin Yel Universitetinə daha çox maraq göstərdiyi deyilir.

O, daha əvvəl ABŞ-da keçirilən Altsaymer xəstəliyi üzrə araşdırma yarışında yarımfinaladək irəliləməyi bacaran ən gənc araşdırmaçı adını qazanıb.

Qeyd edək ki, H.Ekeh səkkiz yaşında ailəsi ilə birlikdə ABŞ-a gəlib. Ekeh ailəsi uşaqlarının daha yaxşı təhsil ala bilməsi üçün köç edib.

Mənbə; Trend

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı