DÜNYA 2020.03.26 21:47

Dünyaya korona ilə mübarizədə yardıma hazırıq – Çin

48

Çin xarici dövlətlərə koronavirusla mübarizədə yardım edəcək.

Bunu Çin lideri Si Szinpin G-20 sammitində çıxışı zamanı deyib.

“Çin tərəfi artıq bütün ölkələr üçün koronavirusla mübarizə ilə bağlı onlayn mərkəz yaradıb. Beynəlxalq ictimaiyyət öz fəaliyyətini aktivləşdirməli və koronavirusun yayılmasıyla qətiyyətlə mübarizə aparmalıdır. Çin tərəfi xəstəliyin nəzarətə alınması və profilaktikası ilə bağlı praktikasını ölkələrlə bölüşməyə hazırdır”, – deyə o bildirib.

Szinpin G20 ölkələrini pandemiya şəraitində rasional maliyyə siyasəti gerçəkləşdirməyə çağırıb:

“Çin qlobal iqtisadiyyatın stabilləşməsi üçün öz töhfəsini verir. Epidemiya qlobal istehsalata və tələbata ciddi zərbə vurub. Bütün ölkələr gərək dünya iqtisadiyyatının zəifləməsinin qarşısını almaq və impuls yaratmaq üçün birgə makrosiyasət aparsınlar”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı