BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi, Psixologiya və Konsultasiya Mərkəzi və Azərbaycanda ilk peşəkar psixologiya jurnalı olan “Düşüncə Jurnalı”nın birgə lahiyəsi olan “Düşünən Qələm” müsabiqəsinə start verildi!
Mövzu:
“ŞİZOFRENİYA”
Istiqamətlər:
1. Xəstəlik və xəstənin psixologiyası haqqında məqalələr
2. Ailəsində şizofren olan fərdlərin psixologiyası
3. Xəstəliyin mahiyyətini əks etdirən bədii yazılar, esselər, şerlər , hekayələr
Layihə haqqında:
Müəyyən edilmiş istiqamətlər üzrə psixologiya fakultələrinin tələbələri və gənc mütəxəssilər tərəfindən yazılmış məqalələr bir ay müddətinə qəbul ediləcək. Hər gun 2 -3 məqalə sosial şəbəkələrdə və dushunce.az saytında paylaşılacaq. Bir ayın sonunda əvvəlcədən təyin olunmuş məşhur psixoloq və psixiatrlardan ibarət münsiflər heyəti tərəfindən hər 3 istiqamət üzrə ən yaxşı və orijinal məqalənin sahibi seçiləcək və mükafatlanacaqdır.
Mükafatlar:
1. Psixologiya və Konsultasiya mərkəzi tərəfindən qalibiyyət sertifikatı və digər təltif hədiyyələri.
2. Psixologiya və Konsultasiya mərkəzində tədris edilən kurslarda iştirak üçün 200 aznlik hədiyyə kuponu.
Son qeydiyyat tarixi: 20.12.2014
