ƏSAS SƏHİFƏ

“Düşüncələr” adlı rəsm sərgisi

937

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə dəstəyi ilə “Düşüncələr” adlı rəsm sərgisi keçirilir.
Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi kompleksində 19 dekabr 2014-cü il saat 12:00-da keçirilir.
“Düşüncələr” sərgisində ADRA-nın Dekorativ tətbiqi sənət fakultəsinin 2 kafedrası – bədii toxuculuq və bədii xalça sənəti həmçinin keramika, şüşə və metal ixtrisaslarında təhsil alan tələbələr iştirak edirlər. Burada təhsil alan tələbələrin 200-dən artıq əl işləri nümayiş olunur.
Sərginin məqsədi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alan tələbələrin mövcud potensiallarını üzə çıxarmaq, onların yalnız ixtisas aldıqları bir sahə üzrə deyil, təhsil aldıqları ali təhsil ocağında yaradıclığın bütün istiqamətlər üzrə formalaşdıqlarını göstərməkdir.
Dekorativ tətbiqi sənət fakultəsində təhsil alan tələbələr müxtəlif üslub və texnikalar üzrə öz işlərini nümayiş etdirirlər. Sərgidə xalça, qobelen, keramika, şüşə, metal, rəngkarlıq, qrafika və yaradıcılığın digər istiqamətləri üzrə 200-ə yaxın rəsm əsəri sərgilənir. Nümayiş olunan işlər sırasında “Harmoniya”, “Ulu nar”, “Ağ dünya”, “Qadın bəzək dəsti”, “Şəbəkə”, “Giametrik kompozisiya”, “Ala toranlıq”, “İbadət”, “Lalələr”, “İnsan düşüncəsi” və digərləri yer almaqdadır.
Sərginin açılış mərasimi 19 dekabr 2014-cü il saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində (H. Əliyev pros. 24) keçirilir.
Bir həftə davam edəcək “Düşüncələr”sərgisində nümayiş olunan işlərin satışı da həyata keçirilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı