ƏSAS SƏHİFƏ

DÜYMƏ

979

DÜYMƏ

Düymə – geyimimizin üstündə olan bu kiçik əşyadan daha sadə və qeyri-adi nə ola
bilər. Onlar müxtəlif hissələri birləşdirir, birləşmə ideyası isə bizi uzaqdan gələn bu
əşyanın mənası haqda daha dərindən düşünməyə vadar edir.
Düymələr qiymətli metallar, sümük, ağac, dəri, xrustal, şüşə, inci və perlamutr,
qiymətli və yarımqiymətli daşlardan hazırlanırdı. Tez-tez onlar tam zinnət əşyaları
hesab olunurdu. Düymələri böyüklərdən kiçiyə ötürürdülər, cehizə qoyurdular,
hətta qiymətli əşya kimi gizlədirdilər.
“Düymə” sərgisinin hər iştirakçısı üçün layihənin konsepsiyasına öz münasibətini
bildirmək vacib idi, və düşünülülmüş iş ekspozisiyası rəssamların bu mövzuya
olan fikirlərini birmənalı təcəssüm edir. Müasir incəsənətdə qarışıq texnikadan
istifadə edərək kolorit və kompozisiya baxınmından öz qeyri-adiliyi ilə seçilən
işləri yaratmaq mümkündür.

“Düymə” sərgisi müxtəlif peşələr üzrə ixtisaslaşan gənc və istedadlı rəssamları bir
araya gətirir. Keramika, heykəltəraşlıq, qobelen, rəsm və qrafik dizayn üzrə
ixtisaslaşan rəssamların əl işləri geyimin bu əvəzedilməz predmetinin mistik və
funksional simvolikası üzərində qurulmuşdur.
Kiçik Qala Art galereyasının dəstəyi ilə sərginin dörd iştirakçısı yaradıcı
konsepsiya əsasında birləşərək, özündə təsviri incəsənət, heykəltəraşlıq
nümünələri, qrafik dizayn, installasiya və video-art növlərini birləşdirən işlər
yaratmışdır. Hərə öz münasibətini paylaşır, hər birinin fəlsəfəsi xarici və daxili
dünya ilə ağlasığmaz parallellər təklif edir.
Azərbaycan Dövlət Rəsm Akademiyasının məzunları bir sır xarici və daxili sərgi
və layihələrin iştirakçısı olmuşdurlar. Hər birisi öz sahəsində yiyələndiyi təcrübə
və biliklərini ümumiləşdirərək, düymə mövzüsunu müxtəlif rakuslardan aşkar edən
işlər yaradır.

Asimə Səmədli sərgiyə “Daxilində ruh olanlar” qobelenləri və “Divanə” video-artı
ilə qatılmışdır. Qobelen ixtisası üzrə bakalavr dərəcəsi olan Asimə, “Potensial 1,2”
sərgisini, Azərbaycan regionları üzrə festival, Beynəlxalq türk xalqları sərgisi,
müasir qobelen masrter-klassı, ilk şəxsi “Choice” sərgisinin iştirakmısı olmuşdur.
Moskvada keçirilən beynəlxalq sərgi laureatıdır.

İmran Mehdiyev sərgi üçün “Düymınin gücü” heykəl kompozosiyasını hazırlayıb.
Heykəltəraşlıq üzrə maqistr olan İmran, heykəl sənəti üzrə Moskvada keçirilən
simpozium (Moskva, Burqanov mərkəzi), “Sərhədsiz incəsənət” (Azərbaycan-
Türkiyə) sərgisi və “Jeunes Peintres d’Azerbaïdjan en Belgique” (Belçika)
sərgisinin iştirakçısı olmuşdur.

Vüsalə Ağarazıyeva “Düymə” sərgisi çərçivəsində keramik düymə qismində olan
“Məkan” və “Divanəliyin nəticələri” installasiyasını təqdim edir. “City Art Center”
mərkəzinin art-direktoru olan Vüsalə, Azərbaycan Rəssamlar Birliyinin üzvüdür.
YARAT çərçivəsində keçirilən “Artım” layihəsi, YARAT master-klassları, ilk
peşəkar “Choice” və “Ənənəvi incəsənətlərin təkamülü” sərgilərinin iştirakçısıdır.

Mehriban Şəmsədinskaya – layihəyə “Dövrün şahidləri” installasiyası ilə qatılır.

“Reklam” ixtisası üzrə bakalavr olan Mehriban, maqistr incəsənət alimi,
Azərbaycan Rəssamlar Birliyinin üzvüdür. Сentral Saint Martinsvə Sotheby’s
rəssamlıq və müasir incəsənət teoriyası üzrə kursları bitirmişdir. YARAT master-
klassları, Artım (Zavod) və Artım (Muzey: Basqın) layihələri, “From Waste to Art
2, 3” beynəlxalq sərgisi, ilk peşəkar “Violet” sərgisinin iştirakçısıdır.

Sərginin açılışı 25 aprel, 19:00
Ünvan: Icheri Sheher,Kichik Gala str. 58
Sərgi 22 may tarixinə kimi açıq olacaqdır .

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı