ƏSAS SƏHİFƏ

“EKOLOGİYAMIZI QORUYAQ!” Layihəsi, Samux şəhəri-Təlim

714

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi gənclərin ekoloji həyatda rolunu artırmaq üçün yeni layihəyə start verir.
Layihənin əsas məqsədi gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlarını artırmaq, onların ekoloji maarifləndirilməsinə və onlarda ekoloji etikanın formalaşdırılmasında roluna dəsətk olmaqdır.

Layihə 2 hissədən ibarətdir.
Layihənin 1-ci hisssəsində silsilə olaraq Qərb regionunun Gəncə şəhəri, Samux, Göygöl və Şəmkir rayonlarında ekologiyaya aid müxtəlif sahələri əhatə edən təlimlər keçiriləcək.
Hər təlimdə iştirakçılar arasından təbiət sevən 8-10 nəfər iştirakçı seçilərək, onlardan ibarət eko qrup yaradılcaq və onlar oz rayonlarında basqa gənclər arasında muxtəlif ekoloji maarifləndirmə işi (seminarlar, ekoloji aksiyalar, sorğular və s) aparacaqlar.

Layihənin 2-ci hissəsində isə yekun olaraq Ekoqrupların regional Konfransı təşkil olunacaq.

İlk təlim 22 aprel Yer Gününə həsr olunub və sabah 21 aprel saat 11:00-da Samux şəhərində keçiriləcək. Təlimə Samux rayonunun kənd və qəsəbələrindən gənclər qoşulacaq.

Ünvan: Samux Rayon Heydər Əliyev Mərkəzi

10351227_454286511396662_516202061022384393_n (1)

 

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı