ƏSAS SƏHİFƏ

EkoTəşəbbüs

930

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun (AzGF) maliyyə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilati dəstəyi ilə keçirilən EkoTəşəbbüs layihəsinə start verildi.

Layihənin keçirilməsində əsas məqsəd gənclərin ətraf mühitin qorunmasında rolunu artırmaq və bu mövzuda yeni ideyaların üzə çıxarılıb dəyərləndirilməsindən ibarətdir.

Gənclər layihə çərçivəsində keçirilən müsabiqəyə Ekologiya, ətraf mühitin qorunması ilə bağlı ideya və fikirlərini təqdim edərək qoşula bilərlər. Seçmələrdə İdeya ilə yanaşı verilən mövzu üzrə araşdırmalar aparıb, müvafiq qeydiyyat blankına əlavə edən iştirakçılara üstünlük veriləcək.

Ən yaxşı ideyanı təqdim edən iştirakçıya kubok veriləcək. İlk üç yerin sahibi medal, fərqlənən iştirakçılar isə diplomla təltif olunacaq.

Müraciət üçün:
https://docs.google.com/forms/d/1eM0-UXP4BPBRMRW6dcKRvO9D5YqXwVyBC0IaR8YJBtw/viewform

Son müraciət tarixi: 20 avqust 2015-ci il.
Əlaqə: 0514746655 (Kamran Sabirli)

11698700_1873678069524755_8941238954019540981_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı