“Hava Turizmi”
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi çərçivəsində maliyyələşən, “Hava və Ekstremal İdman növləri Federasiyası (FAİREX)”-nın təşkilati dəstəyi ilə “Hava Turizmi” layihəsi keçirilmişdir.
Təlimçi qismində FAİREX-in “Gilavar” idman klubunun rəhbəri və təcrübəli pilot Ziya Qasımov çıxış edərək təlimləri başa çatdırmışdır. Layihənin nəzəri hissəsi FAİREX-in ”ClimbBaku” dırmanma mərkəzində, praktik hissəsi isə “Şüvəlan” qəsəbəsində keçirilmişdir. Layihə çərçivəsində iştirakçılara ilkin uçuş texnikaları və paraplandan istifadə qayaları keçirilmişdir. İştirakçılar “Paraplan nədir?”, “Ondan necə istifadə olunur?” kimi suallara cavab taparaq maafrifləndirilmişdir. Daha sonra təlimlərdə iştirak edən 40-dan çox gənc sertifikatla təltif olunmuşlar.
