CƏMİYYƏT 2020.10.11 20:30

Elçin Əmirbəyov: Beynəlxalq təşkilatlar Ermənistan hökumətinə təzyiq göstərməli və Ermənistanın hücumlarının qarşısı alımalıdır

34

Azərbaycan Moskvada əldə edilmiş razılaşmaya əsasən münaqişənin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirdi. Lakin Ermənistan hətta mülki əhaliyə qarşı hücumlarını davam etdirməkdədir.

Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinin köməkçisi Elçin Əmirbəyov bildirib.

E.Əmirbəyov deyib ki, Ermənistan ötən gecə Gəncəni bombalayıb: “Bu, Ermənistanın münaqişənin sülh yolu ilə həllini istəmədiyini göstərdi. Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu məsələdə Ermənistan hökumətinə təzyiq göstərməli və Ermənistanın hücumlarının qarşısı alınmalıdır”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı