“Elekton Xidmətlər: Dövlət-Vətəndaş Münasibətlərində Yeni Ünsiyyət Platforması” mövzusunda dəyirmi masa

“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə elektron xidmətlər:dövlət-vətəndaş münasibətlərində yeni ünsiyyət platforması mövusunda dəyirmi masa təşkil edəcək. Dəyirmi masa Azərbaycan Şəffaflıq Tərəfdaşlığı (AŞT) Layihəsi çərçivəsində gənclər arasında şəffaflığın və hesabatlılığın artırılması istiqamətində həyata keçirilən maarifləndirici silsilə tədbirlərin davamıdır. Tədbir Xəzər Universitetinin Neftchilər korpusunda (Konfrans Zalında 102-ci otaq) ünvanında, 11 mart, 2015-ci il, saat 13:00-dan 15:00-dək təşkil olunacaq. Gənclər və universitet tələbələrinin iştirakı ilə keçiriləcək dəyirmi masada elektron höükumət quruculuğunun müasir dünyada dövlət siyasətində rolu, bunun məmur və vətəndaş münasibətlərinə təsiri, vətəndaşlar üçün müsbət təsirləri müzakirə ediləcək. Xüsusilə, bu praktikanın Azərbaycanda dövlət qurumları tərəfindən tədbiqindəki uğurlar və problemlər, onun inkişaf etdirilməsi üçün görülməsi vacib olan işlər haqqında gənclər məlumatlandırılacaq. O cümlədən, gənclərin xidmətlər barəsində məlumatlanması, ondan istifadə etməsi, həmçinin xidmətlərin inkişafı ilə bağlı xidmət təminatçısına rəy bildirməsi elektron xidmətlərinin məzmunun inkişaf etməsi baxımından vacib əhəmiyyəti üzərində fikir mübadiləsi aparılacaq. Bu seminarda məqsəd tələbələr üçün maraqlı ola biləcək e-xidmətlərlə bağlı məlumatlandırmaq və onlardan istifadə etməklə bağlı əsas bilik və təlimatları aşılamaqdır.

Daha ətraflı məlumat üçün layihə koordinatoru, Bəxtiyar Aslanov ilə [email protected] ünvanına yazmaqla yaxud 596 20 38 və ya 497 68 15 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərsiniz.

Dəyirmi masa Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə “Şəffaflıq Azərbaycan” İB tərəfindən icra edilən Azərbaycan Şəffaflıq Tərəfdaşlıöı (APT) layihəsinin ictimai müzakirələr komponenti çərçivəsində keçirilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here