ƏSAS SƏHİFƏ

“Elektron Hökumət” bülleteninin iyun sayının təqdimatı üzrə növbəti brifinq keçiriləcək

544

Hörmətli mətbuat nümayəndələri,

Bildiririk ki, 9 iyun 2015-ci il tarixdə saat 11:00-da “Elektron hökumət” portalının operatoru olan RYTN MHM-də “Elektron Hökumət” bülleteninin iyun sayının təqdimatı üzrə növbəti brifinq keçiriləcək. Məqsəd təqdim olunan yeniliklər barədə informasiyanın kütləviləşməsi, həmçinin, görülən işlərin mətbuata birbaşa elan olunmasından ibarətdir.

Brifinqdə Azərbaycan Texniki Universiteti, “Azərişıq” ASC və “Azərsu” ASC-nin səlahiyyətli nümayəndələri iştirak edəcək, fəaliyyət sahələri üzrə yenilikləri təqdim edəcəklər və mətbuat nümayəndələrinin suallarını cavablandıracaqlar.

Qeyd edək ki, iştirakçılara “Elektron Hökumət” portalına daxil olmaq üçün kod/parol və elektron imza sertifikatları təqdim olunacaq.

Ünvan: Azərbaycan, Bakı, Dilarə Əliyeva küçəsi, 185

Daha ətraflı məlumat almaq üçün [email protected] e-poçt ünvanına müraciət edə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı