CƏMİYYƏT 2020.07.01 15:25

Əlisahib Hüseynov: Dövlətimiz siyasi subyektlərin sağlam mübarizə aparmasına şərait və zəmin yaradır

82

Daha 3 siyasi partiyanın qeydiyyata alınmasını son günlərin ən ürəkaçan hadisələrindən biri hesab etmək olar.

Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) rəhbərlərini, üzvlərini bu partiyalara dövlət reyestrindən çıxarışların verilməsi münasibətilə təbrik edirəm. Müxalif və ya iqtidaryönümlü olmalarından asılı olmayaraq yenicə qeydiyyata alınmış partiyaların hər birinə siyasi fəaliyyətlərində uğurlar diləyirəm.

Ədliyyə Nazirliyindən də bildirildiyi kimi bu addım Prezident İlham Əliyevin iradəsi ilə çoxpartiyalı sistemin inkişafının, ümumi maraqlar naminə partiyalararası dialoqun genişləndirilməsinin və bu sahədə münasibətlərin sağlam zəmində qurulmasına yönələn ardıcıl tədbirlər görülməsinin nəticəsidir. Ölkəmizin siyasi sistemində təşəkkül tapmaqda olan yeni konfiqurasiya artıq öz müsbət nəticələrini verməyə başlayır. Partiyaların normal fəaliyyət göstərməsi və cəmiyyətə açılması üçün münbit ortam yaradılır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ölkəmizin siyasi mühitinin demokratikləşdirilməsi və optimallaşdırılması istiqamətində olduqca mühüm addımlar atır.

Dövlətimiz siyasi subyektlərin sağlam mübarizə aparmasına şərait və zəmin yaradır. Beləliklə, siyasi rəqiblik anlayışına yeni baxış ortaya qoyulur. Bu cür müsbət tendensiyaları əlbəttə ki, alqışlamaq lazımdır.

Əlisahib Hüseynov 

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı