CƏMİYYƏT 2020.05.02 11:55

Elman Məmmədov: Azərbaycanda qanunlara məhəl qoymayan istənilən şəxs məsuliyyətə cəlb olunur və olunacaq

31

Azərbaycanda qanunlara məhəl qoymayan istənilən şəxs məsuliyyətə cəlb olunur və olunacaq.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, qanun qarşısında hamı eynidir:

“Cənab Prezident dəfələrlə məmurlara, yüksək vəzifəlilərə xəbərdarlıq edib, onları qanunlara riayət etməyə çağırıb. Lakin bəzi məmurlar yenə də özlərini toxunulmaz hesab edir, qanunlara məhəl qoymur. Bəzi məmurlar nəfslərinə hakim ola bilməyib özbaşınalıq edirlər. Özlərini vəzifədə hegemon hiss edən məmurun yəqin ki, ağlı və tərbiyəsində problem var. Heç kim vəzifəsinə və səlahiyyətlərinə güvənib qanunları poza bilməz. Azərbaycan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparan ölkələrdəndir. Burada cinayət törədən istənilən şəxs məsuliyyətə cəlb olunur və layiqli cəzasını alır”.

Millət vəkili bildirib ki, Dövlət Təhkükəsizliyi Xidmətinin əməkdaşlarının son vaxtlar keçirdiyi əməliyyatlardan bəzi məmurlar nəticə çıxarmalıdır:

“Ağstafa, Yevlax, Biləsuvar və İsmayıllı rayonlarında keçirilən əməliyyatlar həmin bölgələrdəki məmurların əməllərini ifşa etdi. Xidmət əməkdaşları bu əməliyyatla məmurların toxunulmazlıq mifini bir daha darmadağın etdi. İctimaiyyət anladı ki, vəzifəsindən və səhiyyətlərindən asılı olmayaraq hamı eynidir və hər bir şəxs qanunlara tabe olmalıdır. Kim ki, Azərbaycanda vəzifəyə varlanmaq üçün gəlmək istəyirsə, səhv edir. Çünki dövlət başçısı dəfələrlə məmurlara bu barədə xəbərdarlıq edib. Əgər son olanlardan sonra yenə belə əməllər törətmək fikrində olanlar varsa, bu cür əməliyyatlar, həbslər davam edəcək”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı