Elmin çözə bilmədiyi sirlər

Bəşər tarixində elə hadisələr olub ki, elm onları bu gün də çözməkdə acizdir. XXI əsr olmasına baxmayaraq, elm tərəfindən hələ də aşkar olunmayan sirli hadisələri təqdim edirik:

1. “Mari Kalast” gəmisi   

1872-ci ildə amerikalı iş adamı kapitan Briqs arvadı və kiçik qızı ilə Nyu-Yorkdan İtaliya sahillərinə doğru səfər edir.  Kapitanın idarə etdiyi gəmidə 8 yerli tayfanın nümayəndələri də olur. Kapitan hər gün baş verənlərlə bağlı qeydlər aparır, hər şeyə nəzarət edirdi. Lakin Cəbəllütariq boğazına çatanda qəfildən görür ki, qısa bir vaxt ərzində ailəsindən başqa gəmi heyətinin hamısı yoxa çıxıb. Mütəmadi qeydlər və yoxlamalara görə heç bir boğulma və suyadüşmə hadisələri ola bilməzdi. Həmin gəmi heyətinin necə qeyb olması bu gün də elm üçün sirdir.

2. Tunqus partlaması

1908-ci il  iyunun 30-da Sibirin Tunqus adlanan ərazisində baş verən partlayış gücünə görə o qədər şiddətli olub ki, elm hələ o gücün dəqiq kəmiyyyət vahidini aşkarlaya bilməyib. Fərziyyələrə görə, həmin əraziyə meteorit düşməsi nəticəsində bəşər tarixinin ən güclü partlayışı qeydə alınıb.

SSRİ Elmlər Akademiyası dəfələrlə həmin yerə ekspedisiya qrupu yollasa da, araşdırmalar həmişə yarımçıq qalıb. Yalnız onu bilirlər ki, bu partlayış Xirosimadakı partlayışdan 200 dəfə güclü hesab olunur.

3. İldırım topaları   

Çox nadir hallarda atmosferdə rast gəlinən kürəşəkilli ildırım topaları da elm adamlarının həll edə bilmədiyi hadisələrdən olub. Belə ki, 1984-cü ildə səmada bir sərnişin təyyarəsi ilə toqquşan bu kürələr təyyarədən olduğu kimi, yəni, həlqəni pozmadan çıxıb. Amma təyyarə təbii ki, çevrilərək qəzaya səbəb olub. İldırım kürələrinin bu situasiyadakı vəziyyətini, yəni tam halqa qalmasını alimlər hələ də çözə bilməyiblər. Nəticədə bu kürələr nəhəng təyyarəni qəzaya uğradıb.

4. Taos uğultusu 

Uzun müddətdir Amerika, Meksika, Şimali Avropa, Böyük Britaniya sakinlərinin eşitdikləri uğultunun qaynağı bu gün hamıya sirr olaraq qalır. Deyilənə görə, həmin uğultu dizel yanacağı ilə işləyən motorun səsini xatırladır. 2011-ci ildə İngiltərənin Vudlənd qəsəbəsində 2 ay ərzində həmin uğultu eşidilib. 1998-ci ildə bir qrup araşdırmaçı həmin uğultunun səbəbinin qaynağını araşdırmaq üçün Meksikanın Taos adlanan ərazisində toplanır. Uğultuya simvolik olaraq “Taos uğultusu” adı verilir.

5. Roaneke kaloniyası

İngilis Con Vayt Amerikada 121 koloniyadan biri olan Roaneke koloniyasını salır və müəyyən müddətdən sonra İngiltərəyə qayıdır. Çox keçmədən Amerikadakı koloniyasına baş çəkmək istəyən ingilis heyrətli bir mənzərə ilə rastlaşır. Başqa koloniyaların yerində olduğu, heç bur su basqınının olmadığı təqdirdə Raoneke öz-özünə yoxa çıxmışdı. Koloniyadakı insanlardan da bir xəbər çıxmadı. Elm hələ də bu qeybin səbəbini tapa bilmir.

6. Peru eskizləri     Perunun Nasza adlanan dağlıq ərazisində dağ ətəyində xüsusi ustalıqla çəkilən iki fiqur – quş və şam fiqurları bu gün də alimlərin diqqətini özünə çəkir.  Xüsusi materialdan hazırlanan fiqurların nədən ibarət olması və qum üzərinə necə həkk olunması bu gün elm üçün sirr kimi qalır.

7. Misir piramidaları

Misir piramidalarının sirliliyi haqqında isə danışmağa dəyməz. Məhz o piramidalara görə Avropada, Amerikada xüsusi misirşünaslar qrupu yaradılıb. Fərziyyələrə görə, oradakı firon mumiyalarının, xüsusən də Tutanhamonun mumiyasını, o mumiyanın yerləşdiyi ehrama daxil olan alimlər lənətlənərək bir müddətdən sonra dünyalarını dəyişirdilər.

Həm bu sirr, həm də bu qəbildən olan digər sirləri açmaq hələ də elm xadimlərinə nəsib olmayıb. Ən böyük sirr isə o piramidaların necə tikilməsi, ən xırda həndəsi ölçülərə necə əməl olunması ilə bağlıdır. Bəzi alimlər araşdırmalarında o piramidaların yadplanetlilər tərəfindən inşa edildiyini vurğulayır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here