8 Noyabrd saat 11:00-da Bakı Dövlət Universitetində dünyanın ən böyük hüquq tələbələri assosiasiyası olan Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – ELSA-nın təqdimatı mərasimi baş tutacaq. ELSA 38000-dən artıq hüquq fakültəsi tələbəsinin birləşdiyi, 42 ölkə və 240-dan artıq şəhəri əhatə edən hüquqşünas tələbələrin və gənc hüquqşünasların birliyidir.
ELSA-nın fəaliyyətinə aiddir :
Seminar və Konfranslar
– Təhsil səfərləri
– Beynəlxalq Fokus Proqramları
– Seminarlar
– Konfranslar
– BMT-də və digər təşkilatlarda nümayəndə heyətləri
Akademik Fəaliyyətlər
– Səhnələşdirilmiş Məhkəmə Prosesləri
– Essey müsabiqələri
– Leqal Debatlar
– Hüquqi araşdırmalar
STEP (Student Trainee Exchange Programme)
– Avropanın 42 ölkəsində yerləşən müxtəlif hüquq şirkəti və firmalarında praktika imkanı.
– BMT-nin və Avropa Şurasının struktur qurumlarında iş təcrübəsi
Təqdimata hərkəs dəvətlidir. İştirak etmək üçün qeydiyyata ehtiyac yoxdur.
