ƏSAS SƏHİFƏ

ELSA Azərbaycanın Təqdimat Mərasimi və Beynəlxalq hüquq üzrə təlim

674

Qərb Universiteti Diplomat Klub-nun təşkilatçılığı ilə 6 aprel saat 14:00-da Hüquq tələbələrini və Gənc hüquqşünasları özündə birləşdirən dünyanın ən böyük assosiasiyası – Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – ELSA-nın təqdimat mərasimi baş tutacaq.
ELSA 42 ölkə və 240-dan artıq şəhərdə 40 000-dən artıq tələbəni özündə birləşdirir.

ELSA-nın fəaliyyətinə aiddir :

Seminar və Konfranslar
– Təhsil səfərləri
– Beynəlxalq Fokus Proqramları
– Seminarlar
– Konfranslar
– BMT-də və digər təşkilatlarda nümayəndə heyətləri

Akademik Fəaliyyətlər
– Səhnələşdirilmiş Məhkəmə Prosesləri
– Essey müsabiqələri
– Leqal Debatlar
– Hüquqi araşdırmalar

STEP (Student Trainee Exchange Programme)
– Avropanın 42 ölkəsində yerləşən müxtəlif hüquq şirkəti və firmalarında praktika imkanı.
– BMT-nin və Avropa Şurasının struktur qurumlarında iş təcrübəsi

Vaxt: 6 aprel 14:00

Ünvan: Qərb Universiteti / Western University

AZ1000 Bakü

Təqdimatdan sonra Beynəlxalq hüquq üzrə təlim keçiriləcək. Təlimçi Bakı Dövlət Universitetinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müəllimi Samirə Eyvazovadır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı