ƏSAS SƏHİFƏ

Enerji Resurslarından İstifadə üzrə Beynəlxalq Məktəbli Layihəsi

814

Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamenti və Enerji Resurslarından İstifadə üzrə Beynəlxalq Məktəbli Layihəsi (SPARE) ekoloji problemlərin həllinə maraq göstərən, ətraf mühitin mühafizəsində fəal iştirak etmək arzusunda olan 14-16 yaşlı məktəbliləri Xəzər-SPARE Akademiyasına dəvət edir.

Akademiyanın sessiyaları ayda 2 dəfə (şənbə günləri), Azərbaycan və ingilis dillərində keçiriləcək.Dərslər ekologiya, ətraf mühit və enerji resursları sahəsində ixtisaslaşan dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlarının  mütəxəssisləri tərəfindən aparılacaq.

2015-ci ilin Yanvarindan May ayınadək davam edəcək məşğələlərin sonunda şagirdlər Xəzər Universiteti, SPARE Beynəlxalq Proqramı sertifikatı ilə təltif olunacaqlar.

Xəzər-SPARE Akademiyasında iştirak etmək arzusunda olanlar, elana əlavə edilmiş ƏRİZƏ FORMASINİ dolduraraq, 15 Yanvar 2015-ci il tarixədək [email protected] elektron ünvanına göndərə bilərlər. Seçim müsahibə yolu ilə aparılacaq.

Akademiyanın dərsləri Xəzər Universitetinin əsas korpusunda keçiriləcək. Ərizə forması buradan yüklənə bilər: erize_formasi_az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı