ƏSAS SƏHİFƏ

“EnterpriseAzerbaijan.com” portalı “Odlar Yurdu” Universitetində startap təlimi keçirib

116

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Vergilər Nazirliyinin birgə layihəsi çərçivəsində “EnterpriseAzerbaijan.com” portalı Odlar Yurdu Universitetində “Biznesə necə başlamalı” mövzusunda təlim keçirib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Əhməd Vəliyev ölkəmizdə təhsil, elm və biznes əlaqələrinin vacibliyini vurğulayıb. Bildirilib ki, bu mənada “EnterpriseAzerbaijan” portalı gənclərin biznesə başlaması, məşğulluq, texnologiyaların transferi və investisiya cəlb edilməsi baxımından əhəmiyyətli rola malikdir.

Layihənin məqsədi tələbələri, yeni ideya və layihələri həyata keçirmək istəyən startapçıları, o cümlədən kiçik və mikro sahibkarları biznesə başlamanın hüquqi, praktiki tərəfi haqqında məlumatlandırmaqdır.

Budəfəki görüşdə də Vergilər Nazirliyinin dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru, professor Ələkbər Məmmədov kiçik və mikro sahibkarlara, o cümlədən startapçılara biznesə başlamaq üçün hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatının həyata keçirilməsi haqqında məlumat verib.

Daha sonra “EnterpriseAzerbaijan.com” portalının nümayəndəsi Oruc Dursunzadə portalın funksionallığı və təqdim etdiyi yeniliklər, o cümlədən gənc sahibkarlar üçün yaratdığı imkanlar, yerli və xarici bazarlara çıxışın yolları barədə danışıb. Bildirib ki, portal startapların inkubasiya və akselerasiyasına təmənnasız dəstək olur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı