CƏMİYYƏT 2020.11.07 18:45

Erməni hakerlər saxta şəhid siyahıları düzəldir

25

Erməni hakerlər hərbiçilərimizin ad soyadlarını toplayıb daha sonra isə həmin hərbiçiləri sosial şəbəkələrdən axtarıb tapıb şəkilləri ilə birlikdə saxta şəhid siyahıları düzəltmək üçün yeni üsula əl atıblar.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, hərbiçilərimizin siyahısını toplamaq istəyən və bundan hansısa saxta xəbərlər və siyahılar hazırlamağı planlaşdıran erməni hakerlər tərəfindən vətəndaşlarımıza saxta sms-lər göndərərək onlardan hərbidə olanların adlarını daxil etmək və həmin adamların şəhid olub-olmamasını yoxlamaq təklif edilir.

“Beləliklə müharibədə məğlub olan düşmən, hərbiçilərimiz haqqında məlumatların-siyahıların toplanmasının yeni növünə start verib. Bütün vətəndaşlarımızdan belə sms-lərə, xəbərlərə, keçidlərə qarşı diqqətli olmağı, oxşar hallarla rastlaşdığınız zaman bu barədə bizə məlumat verməyinizi xahiş edirik”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı