DÜNYA 2020.10.19 05:00

Erməni politoloqlar hələ də “DQR”-in “müstəqilliyinin” tanınması üçün Fransa və Rusiyadan mədət umur

66

Azərbycanın Dağlıq Qarabağda ərazi bütövlüyünü təmin etmək yönündə ard-arda qələbələri Ermənistanda qondarma qurumun “müstəqil dövlət” olara tanınmasını gündəmə gətirib.

Qeyd etmək lazımdır ki, bununla bağlı Ermənistan baş naziri Nikol Paşinyan artıq bir sıra ölkələrə rəsmi şəkildə müraciət edib.

Erməni politoloqlar rəsmi İrəvanın eyni addmı atıb-atmayacağı üzərində danışıblar.

Musavat.com “Kavkazkiy-uzel” saytına istinadən bu fikirlərdən bəzilərini təqdim edir.

Ermənistanın Qafqaz institutunun direktoru Aleksandr İsgəndəryanın fikrincə, qondarma “DQR”-in tanınmasının vaxtı gəlib çatıb.

Onun iddiasına görə, heç demə, Ermənistan danışıqlar prosesinin kəsilməməsi üçün bu addımı atmayıbmış.

“İndi hansısa substantiv danışıqlardan danışmaq mümkün deyil. Bundan sonra Dağlıq Qarabağı Azərbaycanın tərkibində təsəvvür etməyin yeri yoxdur. Ermənistan tərəfdən bütün güzəştlər tükənib. Azərbaycan da məsələni kompromisslər yolu ilə həll etmək istəmədiyi üçün o zaman Dağlıq Qarabağı (qondarma qurumu-red.) müstəqil dövlət kimi tanımaq lazım gələcək”,-deyə A.İsgəndəryan bildirib.

Ermənistan politoloqlar assosiasiyasının üzvü, siyasi ekspert Andrias Qukasyan son müharibənin Ermənstana olduqca baha başa gəldiyini, ona görə də “müstəqilliyin tanınmasına” başqa alterntiv qalmadığını qeyd eidb.

“İndi beynəlxalq brlik pauza götürüb hadisələrin inkişafını izləyir. Avropanın bəzi bələdiyyələri artıq “DQR”-i tanısa da, həmin dövlətlərin özlərinin belə bir addıma gedəcəyini söyləmək üçün əsas yoxdur”-deyə A.Qukasyan etiraf edib.

“Lragir.am” saytının analitiki, Azərbaycana qarşı faşist və azğın mövqeyi iə seçilən Naira Ayrumyan da qondarma qurumun beynəlxalq tanınmasına nail olmaq yönündə diplomatik cəhdlərin Ermənistanın strategiyasının tərkib hissəsi olduğunu bildirib.

Onun sözlərinə görə, Ermənistan bu məsələdə ilk döncə dost hesab etdiyi Rusiya və Fransadan dəstək gözləyir.

Bununla belə, Naira Ayrumyan hazırkı anda Ermənistan tərəfidən Dağlıq Qarabağdakı oyuncaq rejimin müstəqil dövlət kimi tanımasının heç bir siyasi nəticə verməyəcəyini deyib və bunu “boş hədəfə atəş açmağa” bənzədib.

“Ermənistan artıq bunun üçün zamanı buraxıb, indi beynəlxalq tanıma üzərində çalışmalıdır. Hər şey döyüş meydanındakı situasiyadan asılı olacaq”,-deyə erməni politoloq bildirib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı