CƏMİYYƏT 2020.10.13 13:23

Ermənilər Ağdamın kəndlərini artilleriya və raketdən atəşə tutur

24

Erməni silahlı qüvvələri humanitar atəşkəs rejimini pozaraq Ağdamın kəndlərini artilleriyadan və raketdən atəşə tutmaqda davam edir.

Trend-in Ağdamda olan müxbirinin verdiyi məlumata görə, səhər saatlarından etibarən düşmən tərəfi mülki əhalini daha intensiv şəkildə atəşə tutmağa başlayıb.

Lakin buna baxmayaraq, əhali öz evlərini tərk etməyib, yüksək əhval-ruhiyyədədir və Azərbaycan Ordusuna güvənir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı