Ermənistan silahlı qüvvələri Ağdam rayonunu atəşə tutmaqda davam edir.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yaşayış məntəqələrinin ağır artilleriyalardan atəşə tutulması nəticəsində Ağdamın Qaradağlı kəndində bir neçə evə ciddi ziyan dəyib.

Hadisə nəticəsində kənd sakini Rəhman Həsənova məxsus evə mərmi düşüb. Ev yararsız vəziyyətdədir, xəsarət alan olmayıb. Bu gün səhər saatlarına kimi kəndə 10-dan artıq mərmi atılıb.