CƏMİYYƏT 2020.11.06 21:30

“Ermənilər Füzulidəki qəbiristanlığı yerlə bir edib” – Hikmət Hacıyev

43

Azərbaycanın Füzuli rayonundakı qəbiristanlıq ermənilər tərəfindən yerlə bir edilib. Hətta qəbiristanlıqlara qarşı göz yumulmayaraq onlar vandalizm və barbarlığa məruz qalıb.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tvitter” hesabında yazıb.

“Ermənistanın törətdiyi daha çox faktlar və hərbi cinayətlər işğal altındakı torpaqlara baxış zamanı ortaya çıxacaq. Ermənistan bu ərazilərdə Azərbaycanın bütün izlərini silməyə çalışıb”, – H.Hacıyev qeyd edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı