CƏMİYYƏT 2020.10.15 13:51

Ermənilər Tərtərdə dəfn mərasimində əhalini atəşə tutdu: 3 ölü, 3 yaralı var

21

Erməni hərbi birləşmələri Tərtər şəhər qəbirstanlığında dəfn mərasiminin iştirakçılarını atəşə tutub. Trend-in cəbhə bölgəsində olan müxbirinin məlumatına görə, hadisə dəfn mərasimi zamanı baş verib.

Dünyasını dəyişən Tərtər rayon sakini dəfn edilərkən Ermənistan silahlı qüvvələri mərasim iştirakçılarını ağır artilleriya atəşinə tutub. Hadisə nəticəsində mərasim iştirakçılarından 3 nəfər hadisə yerində ölüb, 3 nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı