ƏSAS SƏHİFƏ 2020.11.02 19:31

“Ermənilərin təhdidləri bizim mövqeyimizi dəyişməyəcək” – Fransalı deputat

43

Təqribən 10 gün bundan əvvəl Fransanın “Figaro” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi haqqında müsahibəsini dərc etmişdi. Mən də öz növbəmdə həmin məqaləni şərhlərimi bildirərək “Facebook” səhifəmdə paylaşmışdım və bildirmişdim ki, Fransanın mövqeyi beynəlxalq hüququ və BMT-nin müvafiq qətnamələrini qəti şəkildə dəstəkləməkdən ibarətdir. Azvision.az xəbər verir ki, bunu Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvü, deputat Jerom Lamber deyib.

Ermənilərin təhdid və təzyiqləri ilə üzləşən deputat bildirib: “Qeyd etmişdim ki, İlham Əliyevin müsahibəsi azərbaycanlıların nöqteyi-nəzərini və hazırkı vəziyyətlə bağlı ən ideal fikri öyrənməyə imkan verir. Əlimizdə erməni tərəfindən də gələn bir sıra informasiyalar mövcuddur. “Facebook” üzərindən yazdığım bu mesaj bir çoxlarını, xüsusilə erməni əsilli fransızları qıcıqlandırmış və onlar mənə təhqir və təhdid dolu mesajlar göndərmiş, ASALA kimi terror təşkilataları ilə hədələmişdilər. Mən bütün bu təhdidlərə cavabımı verib parlamentdəki missiyamı yerinə yetirməyə və ölkəmin məsələ ilə bağlı mövqeyini müdafiə etməyə davam etdim. Ölkəmin mövqeyi erməni silahlı qüvvələrinin Azərbaycanın 30 ildir işğal altında olan torpaqlarından çıxarılmasını tələb edən qətnamələri dəstəkləməkdir. Ölkəmin mövqeyi dəyişməzdir və mən bunu dəstəkləyirəm. Bu təhdidlər bizim mövqeyimizi dəyişməyəcək. Eyni zamanda bu təhdidlər göstərir ki bəzi ekstremist ermənilər sülh, ədalət və BMT TŞ qətnamələrinin icra olunması tərəfdarı deyillər.

Mən, həmçinin TF1 kanalının jurnalistinin Azərbaycan ərazisindən hazırladığı reportajın milliyətçi ermənilər tərəfindən necə kəskin şəkildə tənqid olunduğunu da gördüm. Həmin jurnalist təhididlər alıb və TF1 kanalına Ermənistanı dəstəkləyən fanatik milliyyətçilər tərəfindən etiraz olunub. Sözügedən vəziyyət dözülməzdir. Fransa kimi mətbuat və söz azadlığının qorunduğu bir ölkədə belə təhdidləri qəti şəkildə qınamalıyıq”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı