CƏMİYYƏT 2020.12.02 01:00

Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək – Ekspert

69

Ermənilərin işğal edilmiş Azərbaycan ərazilərində yandırdıqları və qırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək. Bunu  “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyinin sədri Elman Yusifov deyib.

Ekspert bildirib ki, meşələr məhv olduqda o, birdən-birə deyil, 100-150 ilə bərpa olur. Bəzən isə bərpa müddəti flora cinsindən asılı olaraq, 200 il çəkir: “Ermənilərin işğal edilmiş meşələri məqsədli şəkildə yandırması meşəsizləşmə yaradır. Meşə yanırsa, 10-15 il sonra orada ot yaranır. Otdan sonra orada orta ölçülü kolluqlar, sonra hündür kolluqlar, sonra seyrək meşə kolları və meşə yaranır. Həmin yanan meşə sahələrində meşələrin tamamilə bərpasına 100-150 il vaxt lazımdır. Təbii ki, bərpa edildiyi zaman da meşə həmin meşə olmayacaq, onun tərkibi dəyişəcək”.

Ekspert qeyd edib ki, meşələrin cins tərkibində dəyər qiymətinə görə birinci yeri palıd ağacı tutur. Daha qiymətli ağac sayılan palıdın qabığı, yarpağı, kökü, oduncağı də dəyərli hesab edilir. Əhəmiyyətinə görə ikinci yeri fıstıq, daha sonra vələs, qarağac və s. ağaclardan ibarət meşələr tutur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı