CƏMİYYƏT 2020.10.18 12:04

“Ermənistan artıq tükənir” – Millət vəkili

31

“Azərbaycan tərəfinin təmkinli addımları hərşeydən əvvəl onun güclü və haqlı olması ilə bağlıdır. Bu nöqteyi-nəzərdən hətta atəşkəs pozulsa belə, Azərbaycan adekvat cavabları vermək iqtidarındadır.”

Bu  açıqlamasında Milli Məclisin deputatı, Vəhdət partiyasının sədri Tahir Kərimli deyib. O bildirib ki, Ermənistan tərəfi həmişə Rusiyaya və digər həmsədr olan ölkələrə atəşkəsin təmin olunması üçün yalvarır:

“Digər tərəfdən isə onlar itirdikləri torpaqları yenidən işğal etmək istəyirlər. Bunu bacarmayanda da heyifini mülki şəxslərdən çıxmaq istəyir. Azərbaycan isə həm onların özlərinə, həm də dünya ictimaiyyətinə bildirmək istəyir ki, ermənilər heç vaxt sözlərinin üstündə durmayıblar.

Belə olan halda isə əlbəttə ki, Azərbaycan haqlı durumda olur. Azərbaycan hətta Ermənistanı himayə edən ən güclü dövlət və təşkilatlara belə öz mövqeyini bildirə bilər ki, biz ikinci dəfə atəşkəs rejiminə riayət etdik, bəs indi nə sözünüz var? Hesab edirəm ki, bu, bizim əlimizə əlavə sübutlar verir ki, Ermənistanın təcavüzkar mahiyyətini ortaya qoyaq. Ermənistanın məqsədi keçmiş status-kvonu bərpa etməkdir.

İndi onlar biraz da çətin durumdadır. Bir tərəfdən Gürcüstan və İran hərbi yüklərin daşınması üçün hava məkanını bağlayıb. İkinci bir tərəfdən Kəlbəcər tərəfdən Ermənistana silah gətirilsə belə, onun Dağlıq Qarabağa daşınması üçün lazım olan yollar Azərbaycanın nəzarəti altındadır.

Bu nöqteyi-nəzərdən baxsaq görərik ki, Ermənistan artıq tükənir. Bu ölkənin niyyəti odur ki, üçüncü tərəfi məsələyə cəlb etsin və həmin vasitə ilə hansısa bir ambisiyasını həyata keçirə bilsin. Mən düşünürəm ki, atəşkəs yenidən pozularsa, Azərbaycan öz vətən müharibəsini və anti-terror əməliyyatını davam etdirəcək. Bunun başqa yolu yoxdur”

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı