CƏMİYYƏT 2020.10.11 12:15

Ermənistan atəşkəsə əməl etmir – Türkiyə müxalifəti

24

Moskvada Bakı ilə Yerevan arasında əldə olunmuş razılığa baxmayaraq, Ermənistan atəşkəsə riayət etmir və Azərbaycan ərazilərini atəşə tutur.

Trend-in məlumatına görə, bunu Türkiyənin müxalifət partiyası olan “İYİ Parti”nin rəhbəri Meral Akşener deyib.

M.Akşenerin sözlərinə görə, Türkiyə mütləq Dağlıq Qarabağla bağlı sülh danışıqlarında iştirak etməlidir.

O qeyd edib ki, Türkiyə və Azərbaycan strateji tərəfdaş olduqları üçün Türkiyə hökumətinin Azərbaycanı dəstəkləməsi çox yüksək qiymətləndirilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı