CƏMİYYƏT 2020.11.03 16:19

Ermənistan hərbçiləri dövlət sərhədindəki bölmələrimizi atəşə tutmaqla bizi təxribata çəkmək istəyir – Anar Eyvazov

32

Ermənistan hərbçiləri dövlət sərhədindəki bölmələrimizi atəşə tutmaqla bizi təxribata çəkmək istəyir. Ötən müddət ərzində Ermənistanın Berd, Çəmbərək, Qafan rayonlarından Azərbaycanın Tovuz, Qubadlı və Cənbrayıldakı bölmələri atəşə tutulub.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən mövqelərimizi atəşə tutmaqla bizi təxribatlara çəkmək istəyir: “Hazırda Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətində döyüşlər gedir. Düşmən itki verərək geri çəkilib. Qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət edir. Düşməndən fərqli olaraq Azərbaycan Silahlı Qüvvələri qarşı tərəfin yalnız hərbi obyektlərini hədəf seçib. İşğal edilən ərazilərə gətirilən muzdluların silahı yerə qoyaraq geri çəkilməsi tövsiyə olunur. Onlar ermənilərin hiyləsinə uymasınlar. Qələbə bizimlədir”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı