DÜNYA 2020.10.18 21:06

Ermənistan MN-in gizlətdiyi daha bir ölüm faktı

45

Bu gün Ermənistan mətbuatı daha bir gəncin Qarabağ döyüşlərində məhv edilməsi barədə məlumat yayıb.
Azvision.az xəbər verir ki, erməni mediası döyüşlərdə öldürülmüş Mher Elizbaryanın adını müdafiə nazirliyinin açıqladığı ölü siyahısında tapa bilməyib. Məlumatı onun bitirdiyi orta məktəbdən təsdiqləyiblər.

Qeyd edilib ki, Qarabağda həyatını itirən əsgər məktəbin ən yaxşı şagirdi olub: “Məktəbimizin ən yaxşı şagirdi olan Mher Elizbaryanın ölüm xəbəri hamımızı sarsıtdı. Valideynlərinə, dostlarına başsağlığı veririk!”.

Göründüyü kimi, erməni jurnalistlərin aşkara çıxardığı daha bir ölüm faktı Ermənistan ordusundakı itkilərin ölkə rəsmiləri tərəfindən gizlədildiyini təsdiqləyir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı