CƏMİYYƏT 2020.10.17 09:59

Ermənistan terrorçu və işğalçı dövlətdir – Türkiyənin vitse-prezidenti

24

Ermənistan Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törədən terrorçu və işğalçı dövlətdir.

Trend-in məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay öz “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, Gəncəni atəşə tutmaqla Ermənistan bir daha dünya ictimaiyyətinə öz qanlı və məkrli simasını göstərdi: “Dinc sakinlərə raket zərbəsi əclaflıq, qorxaqlıq və qanunsuzluqdur”.

Onun sözlərinə görə, dünya ictimaiyyətinin Ermənisanın cinayətləri qarşısında susması təəssüf doğurur: “Bu cinayətlər cəzasız qalmayacaq”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı