CƏMİYYƏT 2020.10.25 01:00

Ermənistan uşaqları döyüşə cəlb edir – VİDEO

93

Ermənistan ordusunda əsgər və zabit çatışmazlığı problemi pik həddə çatıb. Azərbaycan Silahlı Qüvvələri qarşısında məğlub duruma düşən erməni ordusu xeyli sayda itki verib, yüzlərlə hərbçi isə silah-sursatını ataraq qaçıb. Cəbhə xəttinə göndərməyə adam tapmayan Ermənistan rəhbərliyi qoca və qadınlarla yanaşı, uşaqları da döyüşlərə cəlb etməyə başlayıb.

Düşmən tərəfində azyaşlı və yeniyetmələrin məcburi şəkildə müharibədə iştirakına dair videogörüntü yayılıb.

Təqdim etdiyimiz kadrlardan göründüyü kimi, 12-13 yaşlı yeniyetmə erməni Azərbaycana qarşı döyüşdə iştirak edir. Ermənistan rəhbərliyi bununla beynəlxalq qanunları, BMT-nin, UNİCEF-in, Paris konvensiyasının uşaq hüquqları ilə bağlı tələblərini aşkar şəkildə pozur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı