DÜNYA 2020.10.18 19:14

“Ermənistan yenə Azərbaycana hücum etdi” – Ərdoğan

43

Qarabağda yaşananlar bizə ayrı-seçkiliyin göz yaşlarından başqa bir nəticə gətirmədiyini göstərib. Biz elə buna görə azərbaycanlı qardaşlarımızın yanındayıq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) Şırnak təşkilatının konfransında deyib.

Minsk qrupunun fəaliyyətsizliyini sərt şəkildə qınayan Ərdoğan deyib ki, azərbaycanlı qardaşlarımız işğal altındakı torpaqlarını azad etmək üçün mübarizə aparırlar. Bu, onların haqq işidir: “Rəbbim yardımçıları olsun. İnanıram ki, işğal altındakı bu torpaqları ermənilərdən qurtaracaqlar. İnşallah, bunu uğurla başa gətirsinlər”.

Ərdoğan qeyd edib ki, ikinci dəfə atəşkəs elan olunsa da, Ermənistan yenə Azərbaycana hücum etdi. Avropa hələ də səsini çıxarmır, Türkiyə isə susmayacaq. Biz haqqın və haqlının yanındayıq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı