CƏMİYYƏT 2020.10.10 08:45

Ermənistanda ərzaq çatışmır: Satışa məhdudiyyət qoyuldu

28

Ermənistanda ərzaq çatışmazlığı var. Rəsmi İrəvan hərbi vəziyyət dövründə qida, dərman, zəruri malların satışı və alışı üçün xüsusi bir proseduru təsdiqləyən qanun qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Respublika” qəzeti yazıb.

Məlumata görə, bundan sonra Ermənistanda qida məhsullarının, dərmanların, zəruri malların istehsalı, saxlanması və satışı polislərin, Milli Təhlükəsizlik Xidmətinin və digər dövlət orqanlarının nəzarəti altında olacaq.

“Ermənistanda hətta zəruri məhsullar da məhdud sayda satılacaq”, – yeni qanunda qeyd olunub.

Qeyd edək ki, hazırda Ermənistanın bir sıra bölgələrində qida çatışmazlığı var. Sosial şəbəkələrin erməni seqmentində yazırlar ki, paytaxtdan xeyli aralı olan mağazalarda onsuz da heç nə tapmaq mümkün deyil.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı